“AR Tikinti Quraşdırma” MMC 11 iyul 2007-ci ildən fəaliyyətə başlamışdır. Cəmiyyət fəaliyyətə başladığı dövrdən öz işgüzar fəaliyyətini həyata keçirdiyi iri Dövlət və Özəl layihələrin tələblərinə uyğun şəkildə qurmuşdur. Cəmiyyətin fəaliyyət sahəsi başlıca olaraq tikinti-quraşdırma, təmir-tikinti və maye qaz təsərrüfat obyektlərində qaz təsərrüfatının qurulmasıdır. Həmçinin 2021-ci ildən etibarən Cəmiyyətin tərkibində “Sənaye Cihaz və Avadanlıqların Sınaq” laboratoriyası (SCASL) fəaliyyətə başlamışdır. Cəmiyyət fəaliyyət göstərdiyi sahələr üzrə, Azərbaycan Respublikası qanunları cərcivəsində bu işlərin görülməsi üçün Dövlət orqanlarından lazımi normativ hüquqi sənədləri və lisenziyaları almışdır. Cəmiyyətin əməkdaşlıq etdiyi Dövlət və Özəl təşkilatların əhəmiyyətli strateji layihələrdə göstərdikləri etimad, məmnunluq kollektivin əməyinin nəticəsidir.
Ətraflı