Haqqımızda
“AR Tikinti Quraşdırma” MMC 11 iyul 2007-ci ildən fəaliyyətə başlamışdır. Cəmiyyət fəaliyyətə başladığı dövrdən öz işgüzar fəaliyyətini həyata keçirdiyi iri Dövlət və Özəl layihələrin tələblərinə uyğun şəkildə qurmuşdur. Cəmiyyətin fəaliyyət sahəsi başlıca olaraq tikinti-quraşdırma, təmir-tikinti və maye qaz təsərrüfat obyektlərində qaz təsərrüfatının qurulmasıdır. Həmçinin 2021-ci ildən etibarən Cəmiyyətin tərkibində “Sənaye Cihaz və Avadanlıqların Sınaq” laboratoriyası (SCASL) fəaliyyətə başlamışdır. Cəmiyyət fəaliyyət göstərdiyi sahələr üzrə, Azərbaycan Respublikası qanunları cərcivəsində bu işlərin görülməsi üçün Dövlət orqanlarından lazımi normativ hüquqi sənədləri və lisenziyaları almışdır. Cəmiyyətin əməkdaşlıq etdiyi Dövlət və Özəl təşkilatların əhəmiyyətli strateji layihələrdə göstərdikləri etimad, məmnunluq kollektivin əməyinin nəticəsidir.
“Sənaye Cihaz və Avadanlıqların Sınaq” laboratoriyası (SCASL)
Məmulatların sınaq işlərinin aparılması üçün sınaq laboratoriyasında attestasiya olunmuş sınaq avadanlıqları və yoxlanmış ölçü vasitələri, habelə fəaliyyətdə olan normativ sənədlər fondu mövcüddur. Laboratoriya peşəkar mütəxəssisləri tərəfindən yüksək gərginlikli və yüksək təzyiqli cihaz və avadanlıqlarının AZS İSO/İEC 17025-2020 standartının tələblərinə uyğun sınaq işləri aparılır. Aparılan sınaq nəticələrini müvafiq standarta uyğun olub-olmamağı yoxlanılır. İllər boyunca mütəxəssisilərin praktiki təlimlərlə yetişdirilməsi, gücləndirilməsi istiqamətində özümüzü uğurla göstərmişik. Respublikamızda uğurla həyata keçirilən iri lahiyələrin tələblərinin öhdəsindən gəlməyə malik peşəkar mütəxəssslərdən ibarət komandamız var. Laboratoriyada aparıçı istehsalçıların cihaz və avadanlıqları quraşdırılıb. Laboratoriyalarda olan cihaz və avadanlıqların əksəriyyəti mobildir