Sənaye Cihaz və Avadanlıqların Sınaq laboratoriyası
Fəaliyyətimizə daxildir:
- Dielektrik mühafizə vasitələrinin gərginlik, cərəyan və izolyasiya sınağı: dielektrik əlcəklər, bot, xalça (kovrik), ştanqa, detektor, indikator izolyasiya üçün (ölçü aparanlardan başqa) izolyasiya kəlbətinləri, ölçmə aparan kəlbətinlər, qaloş, izolyasiya nakladkaları, gərginlik göstəriciləri, çilingər montaj aləti (izolyasiyalı əl tutacağı ilə)
- Cihaz və avadanlıqlarının izolyasiya müqavimətinin təyini
- Gərginlik İndikatorlarının və detektorlarının sınağı
- Güc transformatorlarının sınağı və təmiri
- Torpaqlama müqavimətinin sınağı, Xüsusi torpaqlanma müqavimətinin alınması və ölçülməsi.
- Keçiricilik və izolyasiya müqavimətinin sınağı
- Sızma cərəyanının sınağı
- Yüksək və aşağı gərginlikli elektrik avadanlıqlarının və alətlərinin sınağı
- Cərəyan kəsici avtomatların sınağı
- Hidravlik və pnevmo sınaqlar, tənzimləmə işləri: siyirtmə, klapanlar (işçi mühiti - qaz, su, yağ, buxar, hava), kürəvi kranlar, yüksək təzyiqli şlanqların və balonların hidravlik sınağı
- Təzyiq sızma və təzyiq tənzimləyicilərin sınaqları
- Qaz paylayıcı sistemlərdə sızma sınaqları